ÜMUMİ MƏLUMAT
Kitabxana-İnformasiya Mərkəzi Mingəçevir Dövlət Universitetinin aparıcı struktur bölmələrindən biri olub, ümumilikdə, 34.152 nüsxə olmaqla Azərbaycan, ingilis, rus və türk dillərində kitab, dissertasiya, avtoreferat, elmi jurnal, elektron resurs və digər kitabxana-informasiya resursları ilə oxucularına xidmət edir. Ümumi sahəsi 326,25 m2 olan mərkəz 2 kitabxanadan ibarətdir.Mərkəz MDU-nun kitabxana sisteminin modernləşdirilməsi barədə Elmi Şuranın qərarına əsasən 27.02.2025-ci il tarixdən Elmi Kitabxanasının bazasında yaradılmışdır.
Kitabxana-İnformasiya Mərkəzi öz fəaliyyətini Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” Qanunundan irəli gələn vəzifələrə, universitet nizamnaməsinə, universitet rəhbərliyinin əmr və göstərişlərinə uyğun şəkildə qurur. Hazırda elmi-informasiya mərkəzi kimi fəaliyyət göstərən kitabxana oxucularla işini tək ənənəvi formada deyil, elektron xidmət formasında da təşkil edir. Mərkəz müasir kitabxanaların tələblərinə cavab verən, elmin inkişafı, elmi pedaqoji keyfiyyətin yaxşılaşdırılması ilə əlaqədar olan vəzifələrin həyata keçirilməsi üçün məlumat bazası və mədəni mühitə çevrilmişdir. Bu gün kitabxana yalnız kitablar və dövri mətbuat materialları ilə deyil, elektron daşıyıcılar audio və video materiallar, tam mətnli məlumat bazaları və elektron resurslarla zənginləşir.
Fond haqqında
Kitabxana fondunda 8658 adda 30887 nüsxə çap şəklində ədəbiyyat mühafizə olunur. Fondda
olan ədəbiyyatın 24331 nüsxəsi Azərbaycan, 6017-si rus, 480-i ingilis, 59-u türk dilli kitablardan ibarətdir.
Profilinə uyğun olaraq kitabxana fondunun 24057 nüsxəsini yalnız tədris ədəbiyyatı təşkil edir.
Hazırda kitabxananın 4556 nəfər oxucu üzvü vardır ki, onlardan 4200 nəfərini tələbə və magistrantlar, 256 nəfəri isə professor-müəllim heyəti və inzibati işçilər təşkil edir.
Hazırda kitabxananın 4556 nəfər oxucu üzvü vardır ki, onlardan 4200 nəfərini tələbə və magistrantlar, 256 nəfəri isə professor-müəllim heyəti və inzibati işçilər təşkil edir.
Elektoron xidmət
Kitabxana-İnformasiya Mərkəzi məsafədən oxuculara dolğun informasiya xidməti göstərir.
Elə bu səbəbdən də oxucuların sorğularının operativ və səmərəli ödəmək məqsədi ilə kitabxana@mdu.edu.az
e-poçtunu aktiv şəkildə istifadə edir. Bu e-poçt vasitəsilə ilə oxucular sorğularına kitabxanaya gəlmədən cavab
almaq imkanı əldə edirlər. Bundan başqa universitet tələbləri şəxsi e-poçt ünvanlarından giriş edərək saytda
yerləşdirilmiş pdf kitablarından, video dərslərdən, mühazirələrdən istifadə etmək imkanına malikdirlər.
2025-ci ildən etibarən mdu.digital platformasının Kitabxana bölümündə fondun və oxucuların sistemə daxil
edilməsi üzrə işlərə başlanılmışdır ki, bu da kitabxanaya dövriyyəni və fəaliyyəti görmək imkanı verir. Bu
sahədə işlər aktiv şəkildə davam etdirilir.
Kitabxanalar
Kitabxana-İnformasiya Mərkəzi 2 kitabxanadan ibarətdir:
MDU-nun əsas tədris binasının I mərtəbəsində yerləşən, 60 nəfərlik oxucu tutumuna malik kitabxana internetə
çıxışı olan komputerlərlə təchiz edilib. MDU-nun İqtisadiyyat fakültəsi yerləşən bu bunanın kitabxanasında
iqtisadiyyat, maliyyə, bank işi, menecment, turizm və s. ixtisaslarına uyğun ədəbiyyatlar komplektləşdirilib.
Kitabxana oxu zalından, kitab verilişini təmin edən abonoment zalından və kitab saxlayıcı otaqdan (fonddan)
ibarətdir.
MDU-nun Mühəndislik və Tədris fakültələrinin yerləşdiriyi II tədris binasının I mərtəbəsində yerləşən, 80
nəfərlik oxucu tututmuna malik olan kitabxanasında humanitar elmlər, ekologiya, mexanika, energetika,
riyaziyyat, pedaqogika və xarici dil və s. ixtisaslarına uyğun bütün ədəbiyyatlar komplektləşdirilib.
Kitabxananın oxu zalı komputerlərlə, proyektorla təchiz olunmuşdur və dərs vəsaitlərinin elektron
versiyaları lokal şəbəkədə istifadəsi təmin edilmişdir. Həmçinin orada olan bütün ədəbiyyatlar elektron
kataloqlar və formulyarlar yazılmış oxucuların ixtiyarına verilmişdir. 3 hissəli otaqdan ibarət olan kitabxana
oxu zalından, kitab verilişini təmin edən abonoment zalından və kitab saxlayıcı otaqdan (fonddan) ibarətdir.
Oxu zallarında ümumilikdə 15 komputerdən internetə çıxış imkanı yaradılmışdır. Bu da professor-müəllim və tələbə
heyətinə tam mətnli məlumat (EBSCO) və elmmetrik bazalardan (Web of Science, Scopus) istifadə imkanı verir. Oxu
zalları fonda daxil olan bütün ədəbiyyatlardan 1 nüsxə və gündəlik gələn dövri mətbuatla təmin olunur.
Komplektləşdirmə və Kitabişləmə
Kitabxanaya daxil olan yeni ədəbiyyatların davamlı və ardıcıl işlənməsini, alınan yeni
ədəbiyyatın qoşma sənədlə üzləşdirilməsini, bütün nüsxələrin ştamplaşdırılmasını, təsnifləşdirilməsini, hər adda
nəşrin məlumat kataloqunun tərtib edilməsini, invertar nömrələrinin verilməsini, yeni ədəbiyyatın filial və oxu
zalları arasında bölünməsi işini həyata keçirilir. Silinən ədəbiyyatın invertar kitabından, əlifba və sistemli
kataloqdan çıxarılmasını təşkil edilir. Kitabxana-Biblioqrafik Təsnifatının ən son təkmilləşmiş versiyasından
istifadə olunur.
Abonoment xidməti
Bu xidmət yeni gələn oxucuya kitabxanadan istifadə qaydaları, kitabxanaya üzv yazılma,
kitabdan istifadə, saxlanılma, qaytarılma müddəti və s. məlumat verir. Oxucuya anket açılır və o, kitabxananın
üzvü sayılır. Abonoment şöbəsi müxtəlif oxucu kateqoriyalarına bütün nəşr növləri ilə xidmət göstərir.
Kitabxanaçılar hər bir oxucuya fərdi yanaşır, onların sorğularını dinləyir və onlara yüksək səviyyədə xidmət
göstərir.
Biblioqrafik xidmət
Oxucuları kitabxanaya cəlb etmək və onların asudə vaxtının səmərəli təşkil etmək üçün
müxtəlif mövzuları əhatə edən kitab sərgiləri, söhbət-mühazirələr keçirilir. Əlamətdar və tarixi günlər, aktual
mövzular, görkəmli dövlət xadimləri, tarixi şəxsiyyətlər, şair və yazıçıların yubileyləri ilə əlaqədar
biblioqrafik vəsaitlər, tövsiyə ədəbiyyat siyahıları, məlumat bülletenləri, bukletlər hazırlanıb oxucuların
istifadəsinə verilir. Eyni zamanda kitabxanaya daxil olan dövrü nəşrlərin filial və oxu zallarına
bölüşdürülməsini təşkil edir.