KİTABXANADAN İSTİFADƏ QAYDALARI
- şəxsiyyəti təsdiq edən sənəd
- telefon nömrəsi
- qeydiyyatda olduğu ünvan
- təhsil aldığı ixtisasın adı və qrupun nömrəsi
- Elmi işçilərə - 5 nüsxə
- Tələbələrə - 3 nüsxədən artıq ədəbiyyat verilmir
Mingəçevir Dövlət Universitetinin kitabxana fondundan istifadə etmək üçün aşağıda qeyd olunmuş addımların
atılması zəruridir.
Kitabxanaya üzv olmaq üçün MDU-nun bakalavr və magistr tələbələri aşağıda qeyd olunmuş məlumatları təqdim
etməlidirlər :
Üzvlük hüququnu qazanan MDU oxucuları kitabxana fondu, oxu zalından, internet imkanlarında və məlumat bazalarından istifadə edə bilərlər.
Çap məhsullarından istifadə qaydaları :
Bakalavr və magistrantlar tələbə biletini kitabxana işçisinə təqdim etməklə kitab və digər materiallardan istifadə edə bilərlər.
Ədəbiyyatın verilmə müddəti kitab sayından asılı olaraq 21 gün, təkrar müraciət üzrə isə 10 gün (müddəti keçməmək şərti ilə) təşkil edir.
Professor-müəllim heyəti üçün bu rəqəm 45 gün, təkrar müraciət isə 25 gündür. Bəzi kitablar isə bir semestr müddətinə verilə bilər.
Ensiklopediya, məlumat kitabçası, dissertasiya, lüğət, nadir və qiymətli kitablar, həmçinin bir nüsxədə olan kitablar yalnız kitabxananın oxu zalında istifadə edilə bilər.
Müvəqqəti istifadə üçün götürülən çap məhsullarını tədris ilinin sonunda qaytarmaq mütləqdir.
Universiteti bitirdikdə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə və ya akademik məzuniyyət götürüldükdə qeydiyyat kitabçasında kitabxanaya məxsus çap məhsullarının olmadığı barədə qeyd aparılmış dövriyyə vərəqəsini təqdim etmək lazımdır.
Elektron bazalara üzvlük və istifadə qaydaları:
- İstifadəçilərin elektron bazalardan lokal şəbəkədə istifadə hüququ var.
- Elektron bazalardan istifadə ilə bağlı ehtiyac yarandıqda müraciət əsasında kitabxana əməkdaşları köməklik göstərir.
MDU-nun KİM istifadəçiləri aşağıda adları qeyd olunmuş elektron mənbələrdən yararlana bilərlər:
Oxucu məsuliyyəti
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən kitabxana fondlarına məxsus çap əsərlərinin və digər materialların itirilməsi və ya yararsız vəziyyətə salınmasına görə oxucular, hüquqi və fiziki şəxslər (milli mədəni sərvətlər reyestrinə daxil edilən nadir nüsxələr istisna olunmaqla) yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla, həmin çap əsərinin qiymətinin 10 misli həcmində maddi məsuliyyət daşıyırlar. Bu proses kitabxana müdiriyyəti tərəfindən aşağıdakı qaydada həyata keçirilir:
- Çap məhsullarını itirən, yararsız hala salan, yaxud qaytarmayan oxuculara həmin kitabın eyni nəşrini tapıb gətirmək təklif olunur.
- Bu mümkün olmadıqda oxucuya onun kitabxana üçün vacib olan digər çap məhsulları ilə əvəz olunması təklif olunur.
- Müvafiq nəticə alınmadıqda oxucuya itirilən və ya yararsız hala salınan çap məhsulunun yeni qiymətlərlə 10 misli həcmində cərimə ödəmək təklif olunur. Bu qaydalara riayət etməyən şəxslər qeyd olunmuş qanun çərçivəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq hüquqi məsuliyyətə cəlb olunacaqlar.